Modern.az

Bu gün dörd güləşçimiz medal qazana bilər - Avropa çempionatı

Bu gün dörd güləşçimiz medal qazana bilər - Avropa çempionatı

İdman

Bu gün, 10:27

Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Albaniyanın paytaxtı Tirana şəhərində təşkil olunan Avropa çempionatında qızıl medal uğrunda mübarizə aparacaq.

Modern.az xəbər verir ki, daha bir təmsilçimiz bürünc medal üçün xalçaya çıxacaq.

Belə ki, Turan Bayramov (74 kq) finalda Slovakiyanı təmsil edən Taymuraz Salmazanovla qarşılaşacaq. Arseniy Djioyev (86 kq) həlledici görüşdə UWW bayrağı altında çıxış edən İbrahim Kadiyevlə üz-üzə gələcək. Ali Tsokayev (92 kq) Bolqarıstandan olan Ahmed Batayevlə, Giorgi Meşvildişvili (125 kq) isə Macarıstan təmsilçisi Vladislav Baytsayevlə qızıl medal uğrunda güləşəcək.

Digər idmançımız Nurəddin Novruz (61 kq) üçüncü yer uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Arsen Arutyunyanla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, bundan əvvəl yunan-Roma güləşi üzrə millimizin üzvlərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu adını qazanıblar. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal əldə ediblər. Yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında birinci pillədə qərarlaşıb.

Qadın güləşində Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanıblar. Sərbəst güləşdə isə İslam Bazarqanov (57 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) isə medalçılar sırasına düşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək