Modern.az

London marafonunda yeni dünya rekordu

London marafonunda yeni dünya rekordu

İdman

Bu gün, 16:49

London marafonunda yeni dünya rekordu müəyyənləşib.

Modern.az xəbər verir ki, Keniyanın təmsilçisi Sebastiyan Save London marafonunun qalibi olub.

Sebastiyan Saveyə 42 km 195 metr məsafəni qət etmək üçün 1 saat 59 dəqiqə 30 saniyə lazım olub. Əvvəlki dünya rekordu 2023-cü ilin oktyabrında qeydə alınıb. Həmin vaxt onun həmyerlisi Kelvin Kiptum Çikaqo marafonunda 2 saat 35 saniyə nəticə göstərib. Save dünya tarixində iki saatdan tez marafon qaçan ilk idmançı olub.

London marafonunda ikinci yeri efiopiyalı Yomif Kejelça (1:59.41), üçüncü yeri isə Uqandadan olan Ceykob Kiplimo (2:00.28) tutub. İlk üçlük əvvəlki dünya rekordundan daha sürətli nəticə göstərib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək