Modern.az

İspaniya Dünya Çempionatına bu futbolçuları aparır - SİYAHI

İspaniya Dünya Çempionatına bu futbolçuları aparır - SİYAHI

İdman

25 May 2026, 16:08

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente komandanın iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il dünya çempionatı üçün heyətini açıqlayıb.

Modern.az xəbər verir ki, heyətə İspaniya La Liqasın ikincisi "Real Madrid"dən heç bir futbolçu daxil edilməyib.

Qapıçılar: Unai Simon (“Atletik”), David Raya (“Arsenal”), Joan Qarsiya (“Barselona”).

Müdafiəçilər: Pedro Porro (“Tottenhem”), Markos Llorente, Mark Pubille (hər ikisi “Atletiko”), Aymerik Laporte (“Atletik”), Pau Kubarsi, Erik Qarsiya (hər ikisi “Barselona”), Mark Kukurella (“Çelsi”), Alexandro Qrimaldo (“Bayer”).

Yarımmüdafiəçilər: Rodri ("Mançester Siti"), Martin Zubimendi, Mikel Merino (hər ikisi "Arsenal"), Qavi, Pedri, Daniel Olmo (hamısı "Barselona"), Fabian Ruiz (PSJ).

Hücumçular: Aleks Baena (“Atletiko”), Ferran Torres, Lamin Yamal (hər ikisi “Barselona”), Niko Uilyams (“Atletik”), Yeremi Pino (“Kristal Palas”), Mikel Oyarzabal (“Real Sosyedad”), Viktor Munyos (“Osasuna”), Borxa İqlesias (“Selta Viqo”).

Qrup mərhələsində İspaniya Kabo-Verde (15 iyun), Səudiyyə Ərəbistanı (21 iyun) və Uruqvay (27 iyun) ilə qarşılaşacaq. Bundan əvvəl İspaniya İraq (4 iyun) və Peru (9 iyun) ilə iki yoldaşlıq oyunu keçirəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı