Modern.az

Milli komandamız Fransaya QALİB GƏLDİ

Milli komandamız Fransaya QALİB GƏLDİ

İdman

Bu gün, 17:03

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxıb.

Modern.az xəbər verir ki, F qrupunda yer alan millimiz Fransa ilə qarşılaşıb. Matç Azərbaycan milli komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra yığmamız Avropa çempionatında F qrupunu lider kimi başa vurub.

Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edib. 

Avropa çempionatının qrup mərhələsini lider olaraq başa vuran millimizin 1/8 final mərhələsindəki ilk rəqibi də rəsmiləşib. Komandamız E qrupunun ikincisi olan Qazaxıstan yığması ilə qarşılaşacaq.

Sizə yeni x var
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV