Modern.az

Hacı Kərimov Avropa çempionu oldu

Hacı Kərimov Avropa çempionu oldu

İdman

Bu gün, 07:44

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən sərbəst güləş üzrə U20 Avropa çempionatının altıncı yarış günündə ilk medalçılar müəyyənləşib.

Modern.az Azərbaycan Güləş Federasiyasınln rəsmi saytına istinadən xəbər verir ki, Muhəmməd İsmayılov (57 kq) fransalı Qaspar Şenuya (11:0), Bəşir Verdiyev (65 kq) isə macarıstanlı Mozes Lasloya (12:1) tam üstünlüklə qalib gələrək bürünc medal qazanıb.

Hacı Kərimov (70 kq) finalda fransalı Bayssanqur Bitmurzayevlə qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan həmyerlimiz vaxtından əvvəl 10:0 hesablı qələbəylə Avropa çempionu olub.

Elcan Ismayılzadə (79 kq) təsəlliverici görüşlərdə ispaniyalı David Kodakovla (11:0) irlandiyalı Deklan Blaya (10:0) tam üstünlüklə qalib gəlib. Güləşçimiz ermənistanlı Narek Nikoqosyanla bürünc medal görüşündə hesabda 10:4 öndə olarkən “tuş”la məğlub olub.

Fərhad Süleymanlı (97 kq) finlandiyalı Yoona Yunnilaya 4:1 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR