Modern.az

Mahir Emreli İsrail klubuna "yox" dedi

Mahir Emreli İsrail klubuna "yox" dedi

İdman

13 İyul 2026, 13:15

Azərbaycan millisinin hücumçusu və Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli karyerasını İsraildə davam etdirməyəcək.

Modern.az Report.az-a istinadən xəbər verir ki, 29 yaşlı forvard "Makkabi" (Hayfa) klubundan gələn təklifi qəbul etməyib. Bildirilir ki, futbolçu İsrail təmsilçisinin heyətinə qoşulmaq istəməyib.

Ötən mövsüm II Bundesliqada çıxış edən Emreliyə Kiprin APOEL klubu da maraq göstərir. Hazırda tərəflər arasında danışıqların davam etdiyi və yaxın vaxtlarda transferin rəsmiləşə biləcəyi qeyd olunur.

Xatırladaq ki, Mahir Emrelinin "Kayzerslautern"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!