Modern.az

DÇ-2026: Deşamdan yeni rekord

DÇ-2026: Deşamdan yeni rekord

İdman

Bu gün, 02:14

Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatlarında rəhbərlik etdiyi oyunların sayına görə rekordçu olub.

Modern.az xəbər verir ki, 57 yaşlı mütəxəssis buna 2026-cı il dünya çempionatının İspaniyaya qarşı yarımfinal matçında nail olub.

Bu qarşılaşma Deşamın baş məşqçi kimi dünya çempionatlarında 26-cı oyunu olub. O, bu göstəricidə Qərbi Almaniya millisinin sabiq baş məşqçisi Helmut Şönü geridə qoyub. Şön dünya çempionatlarında 25 oyunda komandasına rəhbərlik etmişdi.

Yarımfinala qədər fransalı mütəxəssisin dünya çempionatlarında 19 qələbə, 3 heç-heçə və 2 məğlubiyyəti var idi.

Qeyd edək ki, Deşam 2012-ci ildən Fransa millisini çalışdırır. Onun rəhbərliyi altında Fransa 2018-ci ildə dünya çempionu olub, 2022-ci ildə isə finala yüksəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə dollar rekord həddə çatdı - Azərbaycanı nə gözləyir