Modern.az

Dünya çempionatında ilk finalçı müəyyənləşdi

Dünya çempionatında ilk finalçı müəyyənləşdi

İdman

Bu gün, 01:00

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında ilk finalçı bəlli olub.

Modern.az xəbər verir ki, yarımfinalda Fransa yığmasını 2:0 hesabı ilə məğlub edən İspaniya millisi həlledici görüşə vəsiqə qazanıb.

Hesabı 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Mikel Oyarsabal açıb. Digər qolu isə 58-ci dəqiqədə Pedro Porro vurub.

İspaniya millisinin finaldakı rəqibi Argentina - İngiltərə oyununun qalibi olacaq. Qarşılaşma bu gün saat 23:00-da keçiriləcək.

Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə dollar rekord həddə çatdı - Azərbaycanı nə gözləyir