Modern.az

Keyn İngiltərə millisində yeni rekorda imza atıb

Keyn İngiltərə millisində yeni rekorda imza atıb

İdman

Bu gün, 02:01

İngiltərə millisinin hücumçusu Harri Keyn yığma komandanın tarixində ən çox oyun keçirən meydan oyunçusu olub.

Modern.az xəbər verir ki, 32 yaşlı forvard bu rekorda DÇ-2026-da Argentina millisinə qarşı keçirilən yarımfinal görüşündə çatıb.

O, sözügedən qarşılaşmada meydana start heyətində çıxmaqla yığmada keçirdiyi oyunların sayını 121-ə çatdırıb. Bununla da Keyn 120 oyunla ikinci pillədə qərarlaşan sabiq hücumçu Ueyn Runini geridə qoyub.

İngiltərə millisinin tarixində ən çox oyun keçirən futbolçu rekordu isə qapıçı Piter Şiltona məxsusdur. Veteran qolkiper yığmanın heyətində 125 oyunda iştirak edib.

Qeyd edək ki, Harri Keyn 2023-cü ilin avqustundan Almaniyanın "Bavariya" klubunun formasını geyinir. O, daha əvvəl İngiltərədə "Tottenhem" kollektivində çıxış edib.

Harri Keyn 86 qolla İngiltərə millisinin tarixinin ən çox qol vuran futbolçusudur.

Xatırladaq ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!