Modern.az

 Premyer Liqada VII tura yekun vuruldu

 Premyer Liqada VII tura yekun vuruldu

İdman

Bu gün, 21:33

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

Modern.az xəbər verir ki, turun bağlanış oyunu “SOCAR Polymer Arena”da “Şəfa” və “Turan Tovuz” komandaları arasında olub.

Qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 45+2-ci dəqiqədə Diequ Balau vurub.

Bu nəticədən sonra 14 xalı olan "Turan Tovuz" 4-cü sıradakı mövqeyini qoruyub. "Şəfa" isə 3 xalla 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Kəpəz” “Araz-Naxçıvan”a, "Qarabağ" "İmişli"yə 2:0, “Sumqayıt” “Qəbələ”yə 4:1 hesabı ilə qalib gəlib, “Neftçi” – “Sabah” (0:0) və “Zirə” – “Şamaxı” (1:1) görüşləri isə heç-heçə ilə yekunlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər