Modern.az

Salahın gəlişi ilə "Trabzonspor"da REKORD 

Salahın gəlişi ilə "Trabzonspor"da REKORD 

İdman

8 Avqust 2026, 20:49

"Trabzonspor" Məhəmməd Salahın transferini rəsmiləşdirdikdən cəmi bir neçə saat sonra mövsümü abunəlik satışında klub tarixinin rekordunu müəyyənləşdirib.

Modern.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, indiyədək 18 min abunəlik paketi satılıb. Bu, "Trabzonspor" tarixində ən yüksək göstəricidir.

Klubun növbəti hədəfi 25 min abunəlik paketi satmaqdır. Komandanın ev stadionu isə 41 min tamaşaçı tutumuna malikdir.

Qeyd edək ki, Salahın yeni komandasında debütünü avqustun 15-də Türkiyə çempionatının ilk turunda "Kasımpaşa"ya qarşı oyunda etməsi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Paşinyanı Moskvaya çağırdı: Hesabat vaxtıdır!