Modern.az

"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı QƏRAR

"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı QƏRAR

İdman

15 Avqust 2026, 20:00

Lisenziyalaşdırma qaydalarının tələblərini yerinə yetirmək üçün UEFA PRO kateqoriyasına sahib Zaur İsmayılov “Araz-Naxçıvan”nın əsas komandasına baş məşqçi təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rəhbərliyin klubdaxili qərarına əsasən Misli Premyer-Liqasının 2026/2027-ci il mövsümündə A komandanın nəticələrinə, komandanın məşq və oyunlarının idarə olunmasına, komandanın taktiki-texniki hazırlığına və mətbuatla ünsiyyətə (mətbuat konfranslarında iştirak, komanda ilə bağlı açıqlamar vermək) cavabdehlik isə Cavid Hüseynova həvalə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?