Modern.az

PUA təhlükəsinə görə Şeydayevin komandasının matçı TƏXİRƏ SALINDI

PUA təhlükəsinə görə Şeydayevin komandasının matçı TƏXİRƏ SALINDI

İdman

15 Avqust 2026, 22:31

Rusiya Milli Futbol Liqasının 6-cı turunda keçirilməsi nəzərdə tutulan "Soçi" - "Ulyanovsk" qarşılaşması təxirə salınıb.

Modern.az xəbər verir ki, bu barədə "Soçi" klubu məlumat yayıb.

Qarşılaşmanın təxirə salınmasına pilotsuz uçuş aparatları ilə bağlı təhlükə xəbərdarlığının elan edilməsi səbəb olub. Oyunu izləmək üçün bilet alan azarkeşlərin stadiona girişinə əvvəlcədən müəyyənləşdirilmiş vaxtda icazə veriləcək. Onlardan stadiona daxil olduqdan sonra tribunaların altındakı təhlükəsiz ərazilərə keçmələri, stüardların və təhlükəsizlik əməkdaşlarının göstərişlərinə əməl etmələri, həmçinin sakitliyi qorumaqları xahiş olunub.

Qarşılaşmanın yeni başlama vaxtı ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, "Soçi" klubunun heyətində azərbaycanlı futbolçu Ramil Şeydayev də var. O, bu matçın ehtiyat oyunçular siyahısına daxil edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib