Modern.az

“Sabah" qələbə qazandı, "Araz-Naxçıvan" - "İmişli" matçında heç-heçə

“Sabah" qələbə qazandı, "Araz-Naxçıvan" - "İmişli" matçında heç-heçə

İdman

15 Avqust 2026, 23:22

Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu davam edir. 

Modern.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” Qəbələdə “İmişli”ni qəbul edib. Matç qolsuz bərabərliklə yekunlaşıb. 

Daha sonra isə son çempion “Sabah” doğma meydanda “Kəpəz”i sınağa çəkib. Oyun paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ötən gün start verilən ilk turun digər oyunları avqustun 16-17-də keçiriləcək.

Misli Premyer Liqası

I tur

15 avqust 

20:45. “Sabah” - “Kəpəz” - 2:0

Qol: Coy Lens Mikels, 71-pen; Ksander Severina, 90+1
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
“Bank Respublika Arena”

18:30. “Araz-Naxçıvan” - “İmişli” - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Qəbələ şəhər stadionu 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama