Modern.az

Azərbaycanda əcnəbi futbolçuların minimum maaşı açıqlandı - 5 min AZN

Azərbaycanda əcnəbi futbolçuların minimum maaşı açıqlandı - 5 min AZN

İdman

Bu gün, 13:59

Azərbaycanda yerli oyunçular pulu əcnəbilərdən çox istəyirlər.

Modern.az xəbər verir ki, bunu Qol.az-a müsahibəsində “Şəfa” klubunun vitse-prezidenti Əfran İsmayılov deyib.

“Azərbaycanlı futbolçular bizim sırf yerli futbolçularla oynamaq istəyimizin olduğuna görə elə qiymət deyirlər ki, ancaq 4-5 oyunçu ala bilərik. Bu səbəbdən klub prezidenti Kənan Sadıqlı ilə danışdım, bildirdim ki, bizə şərait yaratsınlar, heç olmasa bir neçə legioner gətirə bilək. Rəhbərlik də bu xahişimi isti qarşıladı. İndi onun müzakirəsi gedir”. 

Ə.İsmayılovun sözlərinə görə, əcnəbilərlə müqayisədə yerli oyunçular pulu həddən çox pul istəyirlər:

“Yerli futbolçuların qiyməti 5-dirsə, 10 deyir. Ona görə də çətinliklə üzləşdik. Qərara gəldik ki, komandada bir qədər də legioner olsun. Klub rəhbəri ilə o barədə çox müzakirə apardıq. Rəhbərlik bu cür məsələdə çox həssasdır. Azərbaycanlı futbolçuların oynamasını istəyir. Amma baxırsan ki, yerli futbolçu da qiyməti həddən çox deyir”.

Ə.İsmayılov deyib ki, elə azərbaycanlı futbolçu var ki, onun istədiyi məbləğə iki nəfər legioner gətirmək olar.
“Bəs o legionerlər yaxşı futbolçular olacaq?” sualına “Şəfa”nın vitse-prezidenti belə cavab verib:

“Təbii ki, yaxşı olacaq. “Şamaxı”nın legionerləri pisdir? Baxırıq ki, ayda 4-5 min manat pul alırlar. Maksimum alsın 10 min manat. Amma azərbaycanlı futbolçular ondan çox artıq qiymət deyir. O futbolçuya istədiyi pulu vermək olar. Amma 4-5 belə futbolçu gətirsək, büdcə dağılar. Ona görə də belə çətinliklər var. Həm də bizim yerli futbolçulara üstünlük verdiyimizi bildiklərinə görə çox rahat şəkildə danışırlar, başqa təkliflərinin də olduğunu deyirlər...
Mən də futbolçu olmuşam. Onları başa düşürəm. Biz də istəyirik ki, yerlilər oynasın, qazansın. Amma bu bazarda bütün qiymətləti bilirəm. Kimin qiyməti nə qədər olduğundan xəbərdaram. Amma sən qiymətindən iki dəfə artıq deyəndə adama ağır gəlir. Rəhbərliyin fikri sırf azərbaycanlı futbolçular idi. Amma danışdıq, başa saldıq ki, belə olmayacaq, bir neçə legioner futbolçu gəlməlidir". 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna Moskvanı BOMBALADI - Şəhərdə hər yeri alov bürüdü