Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
Modern.az xəbər verir ki, üçüncü yarış günündə dünya çempionumuz Ayxan Cavadov (60 kiloqram fransalı Maqomed Varayevə tam üstünlüklə (9:0) qalib gələrək, 1/4 finala yüksəlib.
O, braziliyalı Pedro Enrike de Souza Rodriqesi isə 6:2 hesabı ilə üstələyərək, adını yarımfinala yazdırıb. Ayxan yarımfinalda iranlı Əmirəli Heydərini minimal fərqlə (4:3) məğlub edərək, ardıcıl 2-ci dəfə U-20 dünya çempionatının finalına vəsiqə qazanıb.
Ayxan sabah finalda özbəkistanlı Dostonbek Oripovla güləşəcək.