Modern.az

"Qarabağ" Niderlandda "Tvente"ni məğlub edib

"Qarabağ" Niderlandda "Tvente"ni məğlub edib

İdman

21 Avqust 2026, 00:00

UEFA Konfrans Liqasında Niderlandda üz-üzə gələn "Tvente" və “Qarabağ” komandaları arasında pley-off mərhələsinin ilk oyunu başa çatıb.

Modern.az xəbər verir ki, Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçirilən matç Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.

Komandalar arasında cavab görüşü isə avqustun 27-də Bakıda təşkil olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?