Beynəlxalq Futbol Federasiyası (FİFA) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Modern.az xəbər verir ki, noyabrın 18-nə olan reytinqə əsasən, Azərbaycan millisi əvvəlki göstərici ilə müqayisədə 3 pillə irəliləyib. Hazırda komandamızın aktivində 1145,18 xal var.
Reytinqə dünya və Avropa çempionu İspaniya millisi başçılıq edir.
FİFA-nın açıqladığı ilk 10-luq belədir:
İspaniya – 2004,48 xal
Argentina – 1966,13 xal
Fransa – 1950,82 xal
İngiltərə – 1938,90 xal
Mərakeş – 1809,37 xal
Portuqaliya – 1801,28 xal
Braziliya – 1800,91 xal
Belçika – 1790,37 xal
Niderland – 1774,06 xal
Kolumbiya – 1735,90 xal