Modern.az

Emreli “Rakuv”da 3-cü qolunu vurub

Emreli “Rakuv”da 3-cü qolunu vurub

İdman

Bu gün, 01:22

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunda növbəti dəfə fərqlənib.

Modern.az xəbər verir ki, 29 yaşlı hücumçu UEFA Konfrans Liqasının pley-off mərhələsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirilən səfər oyununda komandasının bərabərlik qolunu vurub.

Mahir Emreli start heyətdə meydana çıxıb və görüşün 27-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Hazırda davam edən qarşılaşmanın ilk hissəsində hesab 1:1-dir.

Bu, Azərbaycan millisinin hücumçusunun “Rakuv”un heyətində 3-cü qolu olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!