Braziliya futbolunun əfsanəsi Ronaldinyo İtaliyanın üçüncü divizionunda çıxış edən “Ravenna” klubuna qoşulub. 46 yaşlı futbolçu cümə axşamı Ravenna şəhərində möhtəşəm təqdimat mərasimi ilə azarkeşlərə təqdim olunub.
Modern.az “ESPN”-ə istinadən xəbər verir ki, təqdimat mərasimində klubun yeni 10 nömrəli futbolçusu Ronaldinyonu təxminən 6 min azarkeş qarşılayıb. Yağışlı havaya baxmayaraq, tərəfdarlar əllərində bayraqlar və məşəllərlə futbol əfsanəsinə böyük coşqu göstəriblər.
Ronaldinyo günorta saatlarında Ravenna yaxınlığındakı Forli hava limanına şəxsi təyyarə ilə gəlib. O, hava limanının əməkdaşları üçün bir neçə futbol topunu imzaladıqdan sonra klub prezidenti İqnazio Cipriani ilə birlikdə şəhərə yollanıb.
Mətbuat konfransında Ronaldinyo “Ravenna”da olmaqdan məmnun olduğunu bildirib:
“Dostlarımla burada olduğum üçün çox xoşbəxtəm. Amma gözləyək və görək, komandada işlər necə gedəcək.”
Onun nə vaxt meydana çıxacağı isə hələ məlum deyil. Ronaldinyo bu suala gülərək, “özümü yaxşı hiss edirəm”, deyib və əlavə edib ki, bunun məşqçi və klub prezidentindən asılı olduğunu bildirib.
Ronaldinyo “Ravenna”nın mövsümün ilk Serie C oyununda iştirak etməyəcək. Klub prezidenti Cipriani isə braziliyalının komandada son peşəkar qolunu məhz “Ravenna”nın heyətində vurmasını arzuladığını söyləyib.
Ronaldinyo buna belə cavab verib:
“Əgər belə olsa, daha da yaxşı olar. Mən bura dostluğumuza görə gəlmişəm. Gözləyək və görək komanda necə çıxış edəcək. Mən kömək etmək üçün buradayam.”
Ronaldinyo peşəkar karyerasında sonuncu dəfə 2015-ci ildə “Fluminense” formasını geyinib. O, daha əvvəl 2008–2011-ci illərdə “Milan” klubunda çıxış edərək İtaliya futbolunda da iz qoyub.
Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu olan Ronaldinyo, 2005-ci ildə “Qızıl top” mükafatını qazanıb. Onun “Ravenna”ya keçidi isə peşəkar futboldan 11 il sonra yenidən İtaliya meydanlarına qayıdışı ilə yadda qalıb.