Modern.az

"Neftçi"də yeni futbolçu 

"Neftçi"də yeni futbolçu 

İdman

Bu gün, 21:50

"Neftçi" növbəti futbolçu transferini rəsmiləşdirib.

Modern.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Surinam əsilli belçikalı sağ vinger Denzel Jubitana "ağ-qaralar"ın yeni üzvüdür.

27 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 22 nömrəli formanı geyinəcək.

Futbolçu ötən mövsüm sonuncu klubu "Atromitos"un heyətində meydana çıxdığı 36 matçda 5 qol, 2 assist müəllifi olub.

Yunanıstandan əvvəl Niderland və Belçika liqalarında çıxış etmiş D.Jubitana 2024-cü ildə debüt etdiyi Surinam milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!