Modern.az

“Bavariya” açılış matçında “Ştutqart”ı darmadağın edib

“Bavariya” açılış matçında “Ştutqart”ı darmadağın edib

İdman

Bu gün, 01:14

Futbol üzrə Almaniya çempionatının – Bundesliqanın 2026-2027-ci il mövsümünə “Bavariya” – “Ştutqart” matçı ilə start verilib.

Modern.az xəbər verir ki, Münxen təmsilçisi çempionata böyükhesablı qələbə ilə başlayıb – 5:1. Oyunda hesabı “Bavariya”nın fransalı müdafiəçisi Dayo Upamekano açıb - 1:0. Qarşılaşmanın 52-ci dəqiqəsində isə “Ştutqart” müdafiəçi Yoşa Vaqnomanın qolu ilə hesabı bərabərləşdirib – 1:1. Lakin Ştutqart təmsilçisinin sevinci uzun sürməyib. Bu qoldan üç dəqiqə sonra Mişel Olise “Bavariya”nı hesabda yenidən irəli çıxarıb - 2:1. Görüşün 58-ci dəqiqəsində Y.Vaqnoman avtoqola imza ataraq hesab arasındakı fərqin daha da artmasına səbəb olub. Matçın 82-ci dəqiqəsində Aleksandar Pavloviç münxenlilərin dördüncü qolunu vurub. Qarşılaşmada son nöqtəni isə 90+2-ci dəqiqədə Luis Dias qoyub - 5:1.

Çempionatın birinci turunun digər görüşləri avqustun 29-da və 30-da keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!