Modern.az

“Sabah" Çempionlar Liqasına 26 futbolçu ilə gedir - SİYAHI

“Sabah" Çempionlar Liqasına 26 futbolçu ilə gedir - SİYAHI

İdman

2 Sentyabr 2026, 11:18

Bakının “Sabah" klubu Çempionlar Liqasının Liqa mərhələsindəki oyunlar üçün iştirak ərizəsini təqdim edib.

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi UEFA-ya təqdim etdiyi ərizədə ümumilikdə 26 futbolçunun adını qeyd edib. Onlar aşağıdakılardır:

Qapıçılar: Amin Ramazanov, Rauf Əyyubov (B), Stas Pokatilov, Rəvan Mirzəmmədov (B).

Müdafiəçilər: Stiv Solve, Aden Makkarti, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Timoteuş Puxaç, Erivaldo Almeyda, Akim Zedadka.

Yarımmüdafiəçilər: Velko Simiç, Yunes Laçaab, Abdulah Xaybulayev, Umarali Raxmonaliyev, Aleksey İsayev, Kahim Perris, İvan Lepinitsa, Rauf Rüstəmli, Rodriqo Fernandes, Cəfər Muxtarov, Şahin İbrahimov (B).

Hücumçular: Kristian Nvaçukvu, Coy-Lens Mikels, Ksander Severina, Orfe Mbina.

"Sabah"  Çempionlar Liqasının Liqa mərhələsində “Barselona”, “Borussiya” (Dortmund), “Napoli” və “Slaviya” (Praqa) ilə Bakıda, “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal” və “Vikinq”lə isə səfərdə oynayacaq.
Komandamız ilk oyunu sentyabrın 10-da İngiltərədə yerli "Mançester Yunayted"ə qarşı keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi