“Mançester Siti” heyətinə yeni futbolçu cəlb edib.
Modern.az xəbər verir ki, İngiltərə klubu “Çelsi”nin 25 yaşlı yarımmüdafiəçisi Enzo Fernandeslə müqavilə imzalayıb. Argentinalı futbolçu 2031-ci ilə qədər “şəhərlilər”in formasını geyinəcək.
“Mançester Siti”nin yaydığı açıqlamada Enzo Fernandeslə müqavilə imzalandığı rəsmən təsdiqlənib. Enzo Fernandes “Mançester Siti”yə keçidi ilə “Nyukasl”ın hücumçusu Aleksandr İsakın rekorduna şərik çıxıb.
“Mançester Siti” argentinalı yarımmüdafiəçinin transferi üçün “Çelsi”yə 125 milyon funt-sterlinq ödəyəcək. Bu məbləğ İngiltərə Premyer Liqası tarixinin ən bahalı transferlərindən biri hesab olunur.
Enzo Fernandes 2022/23 mövsümünün qış transfer pəncərəsində “Benfika”dan “Çelsi”yə keçərkən də rekord müəyyənləşdirmişdi. London klubu həmin transfer üçün Portuqaliya təmsilçisinə 121 milyon avro ödəyib. Bu məbləğ həmin vaxt Premyer Liqa tarixinin ən bahalı transferi kimi qeydə alınmışdı.
“Çelsi”də 3,5 mövsüm keçirən Fernandes 170 oyunda 31 qol vurub.
Nicat Rüstəm