Modern.az

Klublarımızın toplam dəyəri Yamaldan ucuzdur - MÜQAYİSƏ

Klublarımızın toplam dəyəri Yamaldan ucuzdur - MÜQAYİSƏ

İdman

Bu gün, 08:23

Azərbaycan Premyer Liqasında çıxış edən klubların heyətlərinin ümumi bazar dəyəri açıqlanıb.

Modern.az “Transfermarkt”ın məlumatlarına əsasən xəbər verir ki, “Qarabağ” 25,08 milyon avro ilə Azərbaycan klubları arasında ən bahalı heyətə sahibdir. Ağdam təmsilçisini “Sabah” 19 milyon avro, “Neftçi” isə 14,15 milyon avro ilə izləyir.

Klubların heyət dəyərləri belədir:

Qarabağ – 25,08 milyon avro

Sabah – 19 milyon avro

Neftçi – 14,15 milyon avro

Zirə – 12,58 milyon avro

Turan Tovuz – 11 milyon avro

Sumqayıt – 8,65 milyon avro

İmişli – 6,08 milyon avro

Araz-Naxçıvan – 5,83 milyon avro

Kəpəz – 5,75 milyon avro

Qəbələ – 4,68 milyon avro

Şəfa – 4,20 milyon avro

Şamaxı – 3,90 milyon avro

Beləliklə, siyahıda “Qarabağ” ilk, “Şamaxı” isə sonuncu pillədə qərarlaşıb. İki klub arasındakı bazar dəyəri fərqi 21,18 milyon avro təşkil edir.

Maraqlıdır ki, rəqəmlərə görə klubların ümumi dəyəri 120,9 milyon avro edir. "Barselona" futbol klubunun hücumçusu Lamin Yamalın aktual bazar dəyəri isə 220 milyon avrodur. Beləliklə, 19 yaşlı futbolçunun dəyəri bütün Azərbaycan Premyer Liqasının klublarının toplam dəyərindən çoxdur. 

Nicat Rüstəm

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi