Modern.az

Serbiyada etirazçılar telekanalın redaksiyasına basqın edib - VİDEO

Serbiyada etirazçılar telekanalın redaksiyasına basqın edib - VİDEO

Dünya

Bu gün, 11:15

Serbiyada seçkilərdə “Tələbə siyahısı”nın qələbəsindən sonra bir qrup etirazçı hökumətyönlü “Informer TV” telekanalının redaksiyasına daxil olaraq binaya ziyan vurub.

Modern.az xəbər verir ki, telekanal hücumu “Tələbə siyahısı” ilə əlaqələndirib.

Canlı yayımdan görüntülərdə baş redaktor Vüçiçeviçin qapılara vurulan zərbələr fonunda studiyaya polis çağırdığı görünür. Məlumata görə, etirazçılar əvvəlcə redaksiyanın şüşələrini sındırıb, giriş qapısının bir hissəsini qoparıb, daha sonra içəri daxil olaraq binanı dağıdıb və baş redaktora hücum ediblər.

Telekanalın əməkdaşları binanın tualet və zirzəmisində gizləniblər. Hadisə yerinə gələn jandarm qüvvələri bütün əməkdaşları təxliyə edib.

“Danas” nəşrinin məlumatına görə, etirazçılar ötən axşam “Pink TV” telekanalının redaksiyası qarşısına da toplaşıblar. Polis binanı mühasirəyə alıb. Aksiya iştirakçıları telekanalın girişinə yumurta atıblar.

Bu arada Voyevodina televiziyası olan RTV-nin axşam xəbər buraxılışı tamaşaçılardan üzrxahlıqla başlayıb. Aparıcı telekanalın illərlə hadisələri işıqlandırmadığını, məlumatları birtərəfli təqdim etdiyini və narahatlıq doğuran sualları vermədiyini etiraf edib. RTV-nin baş redaktoru Nenad Çaçiç istefa verib.

“Informer TV” və “Pink TV” müxalifət siyasətçilərini nüfuzdan salmaq kampaniyasında iştirak etdiklərinə görə tənqid olunurdular.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...