Modern.az

Təhlükəli malların bazardan geri çağırılması qaydaları müəyyənləşdirilir

Təhlükəli malların bazardan geri çağırılması qaydaları müəyyənləşdirilir

Ölkə

Bu gün, 11:06

İnsanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi qaydaları müəyyənləşdirilir.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Texniki tənzimləmə haqqında” qanun layihəsində əksini tapıb.

Bu tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalara uyğun həyata keçiriləcək.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...