Modern.az

Ermənistan parlamentində müxalif deputatın mikrofonu söndürülüb

Ermənistan parlamentində müxalif deputatın mikrofonu söndürülüb

Dünya

Bu gün, 11:25

Ermənistan Milli Məclisinin iclasında müxalif “Güclü Ermənistan” fraksiyasının deputatı Edqar Kazaryan tribunadan uzaqlaşdırılıb.

Modern.az xəbər verir ki, parlamentin sədri Ruben Rubinyan deputatın çıxışının gündəlikdən kənara çıxdığını bildirərək onu dayandırıb.

Daha sonra Rubinyan Kazaryanın mikrofonunu söndürüb və mühafizə xidmətinə müdaxilə etmək göstərişi verib. Mühafizə əməkdaşları deputatı qolundan tutaraq tribunadan uzaqlaşdırıblar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...