Modern.az

Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu

Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu

İdman

12 Sentyabr 2026, 04:17

Türkiyə Superliqasında beşinci tura start verilib. 

Modern.az xəbər verir ki, turun açılış matçında millimizin hücumçusu Nəriman Axundzadənin də formasını geydiyi “Ərzurumspor” səfərdə “Beşiktaş”ın qonağı olub. Matç İstanbul klubunun qələbəsi ilə başa çatıb. 

“Beşiktaş” - “Ərzurumspor” - 3:0

Qollar: Topçu, 21, Trossard, 27, Kirtay, 81-avtoqol

N.Axundzadə əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib. 

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran “Beşiktaş” turnir cədvəlində liderliyə yüksəlib. “Ərzurumspor” isə 4 xalla 15-ci pillədə qərarlaşıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...