Bu ilin yanvar-iyul aylarında Azərbaycan Portuqaliyaya 221,9 milyon dollar dəyərində 395 min ton neft ixrac edib.
Modern.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni aylarına nisbətən dəyər baxımından 42,3% azdır.
Əlavə edək ki, hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi 229,4 milyon dollar təşkil edib.
Trampın ilin sonunda Çində keçiriləcək APEC sammiti çərçivəsində Kim Çen Inla görüşməyə ümid etdiyi bildirilir. Lakin ekspertlər belə bir görüşdən ciddi diplomatik irəliləyiş gözləməkdə ehtiyatlıdırlar.
Buna səbəb kimi Şimali Koreyanın Rusiya və Çinlə münasibətlərini daha da gücləndirməsi göstərilir. Bu isə Pxenyanın ABŞ-ın sanksiya təzyiqindən asılılığını əvvəlki dövrlə müqayisədə azaldır.