Modern.az

“Azər-Türk Bank”ın vəzifəli şəxsi 10 min manat cərimələndi

“Azər-Türk Bank”ın vəzifəli şəxsi 10 min manat cərimələndi

İqtisadiyyat

Bu gün, 16:33

Nəsimi Rayon Məhkəməsi “Azər-Türk Bank” ASC-nin vəzifəli şəxsini 10 min manat məbləğində cərimələyib.

Modern.az Plat.az-a istinadən xəbər verir ki, bankda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyin tələblərinin pozulduğu AMB-nin cari nəzarət tədbirləri zamanı müəyyən edilib.

Məhkəmə qərarı İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.5 və 598.4-cü maddələrinə əsasən qəbul edib. Həmin maddələr müştərilərin və benefisiar mülkiyyətçilərin kimliyinin yoxlanılması, məlumat və sənədlərin saxlanılması, bu yoxlamalarda üçüncü tərəflərə güvənilməsi, eləcə də daxili nəzarət proqramının tətbiqi ilə bağlı tələbləri əhatə edir.

Qərarda istinad edilən maddələr həmçinin siyasi nüfuzlu şəxslərlə bağlı tələblərə əməl edilməməsinə və monitorinqə alınmalı əməliyyatlar barədə məlumat və sənədlərin təqdim edilməsi qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutur. 

AMB-nin məlumatında cərimələnən vəzifəli şəxsin adı və pozuntuların hansı əməliyyatlara aid olduğu açıqlanmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada gərginlik! Dəhşətli t*error cəhdi - Ö*lənlər var