2026-cı ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə olaraq 960 ABŞ dolları dəyərində mal idxal edib.
Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət Gömrük Komitəsinin "Xarici Ticarətin Gömrük Statistikasına dair Hesabat"da öz əksini tapıb.
Məlumata görə, cari ilin yanvar-mart aylarında Azərbaycandan Ermənistana 5,757 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Bildirilib ki, sözügedən göstərici Azərbaycanın ümumi ixracının 0,11 faizini təşkil edir.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələr 1991-ci ildən tamamilə dayandırılıb.