Modern.az

Hörmüz boğazı yenidən sərt nəzarət rejiminə qaytarıldı

Hörmüz boğazı yenidən sərt nəzarət rejiminə qaytarıldı

Dünya

Bu gün, 13:05

İranın “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı Hörmüz boğazında vəziyyətin yenidən sərt nəzarət rejiminə qayıtdığını elan edib.

Modern.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

“Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü Ebrahim Zülfüqari bildirib ki, İran İslam Respublikası əvvəlki razılaşmalara və aparılan danışıqlarda göstərilən xoş niyyətə əsasən, Hörmüz boğazından məhdud sayda neft tankerləri və ticarət gəmilərinin idarə olunan şəkildə keçməsinə razılıq vermişdi. Lakin amerikalılar əvvəlki kimi öhdəliklərinə sadiq qalmayaraq “blokada” adı altında yolkəsicilik və dəniz quldurluğunu davam etdirirlər.

O əlavə edib ki, bu səbəbdən Hörmüz boğazında nəzarət əvvəlki vəziyyətə qaytarılıb və bu strateji boğaz silahlı qüvvələrin sərt nəzarəti altındadır.

“Xatəmül-Ənbiya” sözçüsü bildirib ki, ABŞ İran mənşəli gəmilərin istənilən istiqamətdə sərbəst hərəkətinə tam şəkildə icazə verməyənə qədər Hörmüz boğazında vəziyyət ciddi nəzarət altında qalacaq və əvvəlki qaydalar tətbiq olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?