İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf özünün X hesabında ABŞ-la aprılandanışıqların detalları barədə yeni paylaşım edib.
Modern.az-ın məlumatına görə, Qalibaf bildirib ki, Trampın səsləndirdiyi 7 iddianın hamısı yalandır.
Qeyd edək ki, Məhəmməd Baqer Qalibaf İran–ABŞ son danışıqlar heyətinin rəhbəridir.
O bildirib:
-ABŞ prezidenti bir saat ərzində 7 iddia səsləndirib və onların hamısı yalandır.
- Bu yalanlarla müharibədə qalib gəlmədilər və danışıqlarda da uğur qazana bilməyəcəklər.
- Mühasirə davam edərsə, hörmüz boğazı açıq qalmayacaq.
- Boğazdan keçid “müəyyən edilmiş marşrut” üzrə və “İranın icazəsi ilə” həyata keçiriləcək.
- Boğazın açıq və ya bağlı olmasını və qaydaları sosial şəbəkələr deyil, yerli vəziyyət müəyyən edir.
- Media müharibəsi və ictimai rəyin yönləndirilməsi müharibənin mühüm hissəsidir və İran xalqı bu cür təsirlərə uymayacaq.