Modern.az

Tramp NATO-nu yenudən hədəfı aldı

Tramp NATO-nu yenudən hədəfı aldı

Dünya

Bu gün, 12:05

ABŞ Prezidenti Donald Tramp Arizonada “Turning Point Action” tədbirində tərəfdarları qarşısında çıxış edib.

Modern.az xəbər verir ki, NBC News-un məlumatına görə, Tramp NATO-nu yenidən tənqid edib. o, ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə alyansın da qoşulmamasına görə narazılığını bildirib.

Tramp NATO-dan danışarkən izdiham fit səsləri ilə reaksiyasını göstərib.

ABŞ Prezidenti bildirib ki, NATO “bizə ehtiyacımız olanda tamamilə faydasızdır”.

“Və mən dedim: ‘Baxın, sadəcə başa düşəsiniz: mənim qələbəmdən sonra edilən seçki kampaniyası ianələri nəzərə alınmır, onlar hesablanmır’. NATO da bizim qələbəmizdən sonra nəzərə alınmır, bu eyni şeydir”, – deyə o bildirib.

Tramp həmçinin İranla bağlı müharibə barədə əvvəlki fikrini təkrarlayaraq bunu “sadəcə ekskursiya” adlandırıb.

“Bu, sadəcə hərbi ekskursiya idi. Bu, böyük bir məsələ deyil. İndi bunun vaxtı deyil,” – deyə ABŞ Prezidenti qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?