Modern.az

Bəşəriyyət bu ağır cinayəti unutmamalıdır! - XİN-dən Başlıbel paylaşımı

Bəşəriyyət bu ağır cinayəti unutmamalıdır! - XİN-dən Başlıbel paylaşımı

Aktual

Bu gün, 11:08

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Başlıbel faciəsi ilə bağlı paylaşım edib.

Modern.az-ın məlumatına görə X platforması üzərindən edilən paylaşımda deyilir:

"33 il əvvəl, 18 aprel 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndindən olan 18 azərbaycanlı mülki şəxs kəndləri dağıdılandan sonra - 18 gün dağ mağaralarında gizləndikləri üzə çıxandan sonra amansızcasına qətlə yetirilib. Daha 14 nəfər isə əsir götürülüb…"

XİN bəyan edib ki, bu vəhşilik Azərbaycan mülki əhalisinə qarşı həyata keçirilən sistematik zorakılıq, etnik təmizləmə və təcavüz kampaniyasının bir hissəsi idi.

"Bəşəriyyətə qarşı törədilən belə ağır cinayətlər heç vaxt unudulmamalıdır. Başlibel qırğınının qurbanlarının xatirəsini ehtiramla yad edirik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?