Modern.az

"Atalar və oğullar" filminin rejissoru öldü

"Atalar və oğullar" filminin rejissoru öldü

Dünya

18 Aprel 2026, 09:02

Tanınmış sovet və belaruslu rejissor Vyaçeslav Nikiforov 83 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Belarus Kinematoqrafçılar İttifaqının mətbuat xidməti bildirib.

Belarus Mədəniyyət Nazirliyi onun uzun illər “Belarusfilm” studiyasında və Rusiya istehsalı olan filmlərdə çalışdığını qeyd edib. Karyerası ərzində Vyaçeslav Nikiforov "Dövlət sərhədi", "Kral balıqçısı", "Atalar və oğullar" və "Zadəgan quldur Vladimir Dubrovski" də daxil olmaqla təxminən 30 film və serial çəkib.

2022-ci ildə rejissor kinoda mənəvi ənənələrin qorunmasına verdiyi töhfəyə görə Belarus Prezidentinin xüsusi mükafatına layiq görülüb.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ