Modern.az

Məşhur kriminal avtoritet saxlanıldı

Məşhur kriminal avtoritet saxlanıldı

Dünya

Bu gün, 11:35

Məşhur kriminal avtoritet Daniel Kinahan Birləşmiş Ərəb Əmirliklərində saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə BBC-nin məlumatında bildirilib.

Təxminən 40 yaşlarında olan Kinahan İrlandiya məhkəməsi tərəfindən verilmiş order əsasında Dubayda həbs edilib.

ABŞ hökuməti 2022-ci ilin aprelində onun və ailə üzvlərinin Kinahan cinayət kartelinin rəhbərləri kimi tanınmasından sonra avtoritetə qarşı sanksiyalar tətbiq etmişdi.

Beynəlxalq təşkilatlanmış cinayət şəbəkəsindəki roluna görə ədalətdən yayınan Kinahan həmçinin boks dünyası ilə də əlaqəli olub; o, artıq fəaliyyət göstərməyən MTK Global adlı boks idarəetmə şirkətinə bağlı idi. 

Polis bildirib ki, saxlanılan şəxsin İrlandiya vətəndaşı olduğu və onun həbsi barədə məlumatlıdırlar.

Dubay polisi bildirir ki, həbs çərşənbə günü, 15 aprel tarixində geniş axtarış və müşahidə əməliyyatlarından sonra həyata keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?