Modern.az

General Müşfiq Məmmədov təqaüdə göndərildi

General Müşfiq Məmmədov təqaüdə göndərildi

Aktual

18 Aprel 2026, 11:08

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.

Modern.az xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb.

İki il baş idarəyə rəhbərlik etmiş general Məmmədov təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Müşfiq Məmmədov daha əvvəl uzun müddət Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub.

***

Müdafiə Nazirliyindən məlumatı təsdiq ediblər.

Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, general-mayor Müşfiq Məmmədov səhhətində yaranan vəziyyətlə əlaqədar öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb ("Qafqazinfo").

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna KÜTLƏVİ HÜCUMA başladı - Rusiyada bu yerlər vurulur!