Azərbaycanda 2026-cı ilin yanvar–oktyabr aylarında 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,7 faiz artıb.
Qeyri-neft-qaz sektorunda əlavə dəyər 2,9 faiz artıb, neft-qaz sektorunda isə 0,9 faiz azalıb.
Ümumi sənaye istehsalında 0,7 faizlik azalma qeydə alınsa da, qeyri-neft-qaz sənayesində istehsal 4,8 faiz artıb.