Modern.az

Azərbaycan neftinin qiyməti artır - 81 dolları keçdi

Azərbaycan neftinin qiyməti artır - 81 dolları keçdi

İqtisadiyyat

Bu gün, 09:46

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.

Modern.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,38 ABŞ dolları və ya 4,3 faiz bahalaşaraq 81,29 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Hazırkı qiymət büdcədə nəzərdə tutulan göstəricini 16,29 dollar üstələyir.

Xatırladaq ki, "Azeri Light" markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, tarixi maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!