Azercell-in dəstəyi ilə həyata keçirilən təşəbbüs regionda qadınların innovasiya və
sahibkarlıq bacarıqlarının inkişafına töhfə verib
Modern.az xəbər verir ki, Quba və ətraf regionlarda yaşayan gənc qadınların innovasiya və sahibkarlıq sahəsində potensialının inkişafına, iqtisadi imkanlarının genişləndirilməsinə və startap ekosistemində
iştirakının təşviqinə yönəlmiş "StartHer Quba" layihəsi başa çatıb. Layihə İnnovativ İnkişafa
Dəstək İctimai Birliyi tərəfindən Azercell-in dəstəyi ilə həyata keçirilib.
Təşəbbüs çərçivəsində ilkin seçim mərhələsini uğurla keçən 20 qadın innovativ sahibkarlıq,
biznes modelinin hazırlanması və ideyaların effektiv təqdimatı üzrə praktiki təlimlərdə
iştirak edərək öz startap ideyalarını inkişaf etdirmək üçün zəruri bilik və bacarıqlar əldə
edib. Təlim proqramını uğurla tamamlayan bütün iştirakçılara sertifikatlar təqdim edilib.
Proqramın yekununda iştirakçılar hazırladıqları ideyaları münsiflər heyətinə təqdim ediblər.
Layihələr təhsil, səhiyyə, turizm, əmlak və kənd təsərrüfatı kimi müxtəlif istiqamətləri əhatə
edib. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən ilk üç yerin qalibləri pul mükafatları ilə
təltif olunub.
Qeyd edək ki, "StartHer Quba" layihəsi Azercell-in qadınların ictimai və iqtisadi həyatda
fəallığının artırılmasına yönəlmiş "Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı"
sosial layihə müsabiqəsinin üç qalib layihəsindən biridir.