Modern.az

"Brent" nefti bir ay sonra yenidən 85 dolları keçdi

"Brent" nefti bir ay sonra yenidən 85 dolları keçdi

İqtisadiyyat

14 İyul 2026, 09:24

Londonun ICE birjasında cari ilin sentyabr ayı üzrə “Brent” markalı xam neft fyuçerslərinin qiyməti iyunun 15-dən bəri ilk dəfə bir barel üçün 85 ABŞ dollarını ötüb.

Modern.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 04:16-ya olan vəziyyətə görə, “Brent” markalı neftin qiyməti 2,04 faiz artaraq bir barel üçün 85,02 dollara yüksəlib.

Saat 04:23-də isə “Brent” markalı neftin fyuçersləri 2,78 faiz bahalaşaraq bir barel üçün 85,64 dollara satılıb.

Eyni zamanda, 2026-cı ilin iyul ayı üzrə WTI markalı xam neft fyuçerslərinin qiyməti 8,25 faiz artaraq bir barel üçün 80,42 dollara çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...