Modern.az

Prezident: Çin şirkətlərinin Azərbaycana marağı artır

Prezident: Çin şirkətlərinin Azərbaycana marağı artır

İqtisadiyyat

Bu gün, 12:40

Ötən il mənim Çin Xalq Respublikasına dövlət səfərimdən və hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanmasından sonra bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və bütün digər sahələrdə addımlar atılmağa başlandı.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.

“Biz bundan çox məmnunuq, buna böyük əhəmiyyət veririk”, - deyən dövlətimizin başçısı əlavə edib ki, bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!