Modern.az

Azərbaycanla Mərkəzi Afrika arasında diplomatik münasibətlər qurulub

Azərbaycanla Mərkəzi Afrika arasında diplomatik münasibətlər qurulub

Aktual

Bu gün, 17:49

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Afrika Respublikasının xarici işlər, Frankofoniya və xaricdəki mərkəzi afrikalılar naziri Silvi Baipo-Temon ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" sosial media hesabında paylaşım edilib.

Məlumata görə, tərəflər ikitərəfli münasibətlərin perspektivlərini müzakirə edərək, Azərbaycanın Afrika ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə, eləcə də siyasi, iqtisadi, mədəni, təhsil və elmi sahələrdə əməkdaşlığın genişləndirilməsinə verdiyi strateji əhəmiyyəti vurğulayıblar.

Görüşdə BMT, Afrika İttifaqı və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələləri də göz dənl keçirilib. Nazirlər Mərkəzi Afrika Respublikasından olan tələbələrin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün təsis etdiyi təhsil təqaüdü proqramlarından faydalandıqlarını məmnunluqla qeyd ediblər.

Bu yeni diplomatik əlaqələri rəsmiləşdirmək məqsədilə nazirlər “Azərbaycan Respublikası ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlərin qurulması haqqında Birgə Kommunike” imzalayıblar.

"Bu tarixi sənəd münasibətlərimizdə yeni bir səhifə açır və gələcək illərdə ikitərəfli təmasların genişləndirilməsi üçün möhkəm təməl yaradır", - məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Sertifikasiyada nələr çətinləşəcək?-Müəllimlərə xəbərdarlıq