Modern.az

“Anar AYB sədrliyilə bağlı qərarını qurultay ərəfəsində açıqlayacaq”

“Anar AYB sədrliyilə bağlı qərarını qurultay ərəfəsində açıqlayacaq”

Mədəniyyət

10 Yanvar 2014, 13:45


Ötən gün xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar açıqlamasında qurultayın mart ayının ikinci yarısında baş tutacağını bildirib. AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza da Modern.az-a açıqlamasında qurultayın mart ayının son günlərində olacağını bildirib:

“Dəqiq gün müəyyənləşdirilməyib. Bu il həm də 80 yaşını qeyd edən AYB yubiley tədbirlərinə də hazırlaşır. Xarici ölkələrdən qonaqlar dəvət olunacaq”.

X. Rzanın sözlərinə görə, xalq yazıçısı Anar AYB sədrliyinə namizədliyini verib-verməyəcəyi barədə açıqlama verməyib. “O, qərarını qurultay ərəfəsində açıqlayacaq”.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı