Modern.az

Uşaqlar niyə intihar edirlər?

Uşaqlar niyə intihar edirlər?

2 Sentyabr 2009, 19:42

Son zamanlar uşaqların intihara cəhd etmə halları artıb. Bəs həyatın mənasını dərk etməyən bu uşaqların intihara əl atmalarına səbəb nədir?
Uşaq və gənclərin sosial reabilitasiya mərkəzinin psixoloqu Asəf Kərimov bildirir ki, uşaqlar 3 səbəbdən intihara cəhd edirlər: “Burada başlıca səbəb uşaqların özünü göstərməsi ilə bağlıdir ki, bu da əksər hallarda bədbəxt hadisə ilə nəticələnir. Başqa bir məqam onların  uzun müddət bu haqda fikirləşməsidir. Belədə daxildə özlərini intihar edirlər. Uşaqlar uzun-uzadı keşmişi fikirləşir, xatirələrlə yaşayırlar. Nəticədə fikirləşmədən bu addımı atırlar.Valideyinlər uşaqlara nəzarət etməlidirlər. Bu gün ölkədə uşaqların müdafiə sistemi yoxdur. Çox zaman uşaqlar ailədə istədiklərini ifadə edə bilmirlər. Onlara qarşı laqeydlik göstərilir, fərdi bacarıqları inkişaf etdirilmir, öz problemlərini kimsəyə deyə bilmirlər və onlara qarşı təzyiq olduqda kiməsə müraciət etmirlər. İndiki zamanda uşaqların “nağıl dünyası” yoxdur, onlar ancaq reallığı fikirləşirlər. Məktəblərdə psixoloji xidmətlərə ehtiyac var. Bizdə uşaq ədəbiyyatı azdır. Televiziya, mətbuatın da rolu bu sahədə çox olmalıdır. Bu gün televiziyalarda uşaqların mənəvi ehtiyaclarını ödəyəcək veriliş yoxdur”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı isə Modern.az-a bildirdi ki, təhsil ocaqlarında hər məktəbə bir psixoloq verilib: “Yalnız 4 təhsil ocağı vakantdır. Məktəb təhsil verir, psixoloji dəstək mərkəzi deyil. Bu sahədə KİV-in, ailənin rolu daha böyükdür. Məktəb bu mərhələlərdən sonra 4-cü yerdədir”.
Sonda Zəminə Əliqızı onu da qeyd etdi ki, yaxın gələcəkdə məktəblərə psixoloq-müəllimlərin verilməsi nəzərdə tutulmayıb.

 

Gunay

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?