Modern.az

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü

Ölkə

Bu gün, 16:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb.

Modern.az xəbər verir ki, söhbət zamanı hər il olduğu kimi, bu dəfə də paytaxtımızda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyi qeyd olundu.

Ölkəmizin turizm potensialının təbliği baxımından bu yarışların əhəmiyyəti vurğulandı.

Görüşdə Beynəlxalq Avtomobil Federasiyasının Azərbaycan Avtomobil Federasiyası və klublar ilə əməkdaşlığından məmnunluq ifadə edildi, tərəfdaşlığın perspektivləri müzakirə olundu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az