Arxiv
14 İyul 2014, 03:26 | FOTOSÖHBƏT
Doktor Cavad Heyətlə FOTOSÖHBƏT

Məşhur doktor Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Atası Mirzəli Heyət zəmanəsinin tanınmış zialılarından olub. O, məşrutiyyət inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin rəhbəri olduğu üçun "Heyət" adı ilə tanınıb. Mirzəli Heyət İranda təmiz məhkəmə başqanı və İran ədliyyəsinin yaradıcılarından biri kimi məşrutiyyət inqilabında fəal rol oynayıb.

Cavad Heyət  orta təhsilini Təbriz, Həmədan və Tehranda alıb, daha sonra tibb təhsilinə başlayıb, ancaq üçüncu sinifdən sonra təhsilini davam etdirmək üçün İstanbula yollanıb. 1946-cı ildə Türkiyənin İstanbul Universitetini bitirib, həmin universitetdə 3 il işlədikdən sonra təhsilini 4 il müddətində Fransadakı Paris Universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıdıb. 40 ildən artıqdır ki, Tehran Universitetində calışır. İranda ilk dəfə açıq ürək əməliyyatı (koronar şuntlama) gerçəkləşdirib. Bu və digər uğurlarına görə Beynəlxalq Cərrahlar Cəmiyyətinin İdarə Heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü seçilib. O, 12 il ərzində "Daneşe pezeşki" (Tibb Elmi) adlı jurnal dərc etdirmiş və yüzlərcə elmi məqalənin, cərrahiyyəyə aid uç kitabın müəllifidir. "Varlıq" dərgisinı nəşr etdirən Cavad Heyət türkologiyaya aid yeddi cildlik kitab yazıb.

Cavad Heyət eyni zamanda Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktorudur (həm tibb, həm də türkologiya sahəsi üzrə). O, Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilir. Ailəlidir, 5 qızı, 5 nəvəsi, 2 nəticəsi var.

 

20 yaşım var. İstanbul Universitetində Tibb ixtisası qzrə təhsil alıram.

 

Şəkildəkilər iranlı, azərbaycanlı, türk tələbələrdir. 1944-cu ildə İstanbulda çəkdirmişik.

 

Atam Mirzəli Heyət İranda ədliyyəni yaradanlardan biri olub.

 

Anam Məsumə Sultan, mən və qardaşlarım...

 

İranın Şiraz şəhəri. Sağdakı mən, yanımdakı isə dünya şöhrətli cərrah Kristan Barnarddır. 1968-ci ildə onu qonaq çağırmışam.

 

Dunyada ilk dəfə insanda ürək köçürən Cənubi afrikalı professor Kristan Barnard şuşəyə qoyulmuş insan ürəyini mənə göstərir.

 

Burada artıq 35 yaşım var.

 

Ürək əməliyyatı apararkən.

 

Tehranda Türkiyə-İran dostluq cəmiyyətinin keçirdiyi görüş. Türkiyənin İrandakı səfiri və mən.

 

İrandakı xəstəxanada cərrahi qrupum və mən.

 

Bulud Qaraçənli ilə birlikdə...

 

Doktor Musəddiq və İranın böyük adamları ilə. 1951-ci il.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində mənə professorluq verilir. 1982-ci il.

 

Xalq şairi Bəxtiyar Vahabzadə, professor İbrahim Yıldırım,  professor Nurəddin Rzayevlə 16 il bundan əvvəl çəkdirmişik bu şəkli.

 

Böyük qızım doktor Məhin Heyət və nəvəm Xaqan.

 

Yazdığım kitablar və mənim portretim....

 

Bu şəkli Vilayət Quliyevlə o xarici işlər naziri olarkən çəkdirmişik.

 

Tehrandakı ürək cərrahları ilə bir yerdə...  

 

Dünya şöhrətli yazıçı Çingiz Aytmatovla birlikdə...

 

“Varlıq” jurnalının yazarları ilə kolllektiv şəklimiz. 2003-cü il. 

 

Qardaşlarımla birgə...

 

Azərbaycanın daxili işlər naziri Ramil Usubovla birlikdə 1995-ci ildə...

 

Dahi Nizami Gəncəvinin məqbərəsinin qarşısında tibb elmləri doktoru Nurəddin Rzayev, qızı və həyat yoldaşı ilə birgəyəm.

 

Kanadada beynəlxalq konfransda çıxış edirəm.

 

Bu şəkil mənim 80 yaşım olanda Bakıda çəkilib.

 

Tehrandakı tibb ofisimdir. Bu ofisdə xəstələrimi də qəbul edirəm.

 

Qızlarım və nəvələrimlə birgə...

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bir neçə dəfə məni qəbul edib.

 

Nəticəm Arda...

 

Doktor Həmit Nitqi və ailəmizlə birgə...

 

1-ci nəvəm Təla və əri Tunc. 

 

Kiçik qızım Sanansla birgə...

 

Bu qiyafədə olan yeganə şəklimdir.

Türkiyə Cümhuriyyətinin Prezidenti Abdulla Güllə görüşərkən.

 

Həyat yoldaşım və mən...

 

Cavad Heyət jurnalistlərlə birgə - Seyfulla Mustafayev, Mirşahin Ağayev, Jeganə Əmiraslanova...

 

Bakıdakı ofisim. İş masasının arxasında...

 

Qızlarımla birgə...

 

Bu da bir xatirədir...

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yaponiya ABŞ-dan İranın tankerlərə hücumu ilə bağlı sübut tələb edib   16 İyun 2019, 11:26 Lənkəranda zəlzələ olub 16 İyun 2019, 10:42 “Azərbaycanda bəzi kəndlərdə oğlanlar evlənməyə qız tapmır” 16 İyun 2019, 10:38 Yeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndi 16 İyun 2019, 10:16 Türkiyəli media rəhbəri: “Ermənicə TV-nin açılmasına etirazımız düz deyil”   16 İyun 2019, 10:07 Ermənilər cəbhədə təxribatlara davam edir 16 İyun 2019, 09:55 Din tiryəkdirmi? 16 İyun 2019, 09:43 İsmayıllıda kafe YANDI 16 İyun 2019, 09:31 Qubada yol qəzası: Bir nəfər ölüb  16 İyun 2019, 09:19 Yüz illərin açılmayan kələfi... - Cümhuriyyət səfirinin FACİƏSİ 16 İyun 2019, 09:10 Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verir   16 İyun 2019, 09:05 İcra başçısı sakinlərin şikayətlərini dinlədi 16 İyun 2019, 09:03 Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaratdılar - FOTOLAR 16 İyun 2019, 08:56 Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim 16 İyun 2019, 08:49 Lotereyada 14.2 milyon uduldu 16 İyun 2019, 01:03 Ukrayna dünya çempionu oldu 16 İyun 2019, 00:47 VII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏR 16 İyun 2019, 00:26 İran Britaniya arasında diplomatik qalmaqal 15 İyun 2019, 23:54 25 “Taliban” silahlısı məhv edildi 15 İyun 2019, 23:32 Mikayıl Cabbarov prezident seçildi 15 İyun 2019, 23:13 Trampdan təhdid: Prezident seçilməsəm... 15 İyun 2019, 22:58 “Nə üçün sənin aliment borclarını biz ödəməliyik?” - Murad Köhnəqala 15 İyun 2019, 22:54 Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas heyətində 15 İyun 2019, 22:39 Dövlət Baxçalıdan Elçibəy ailəsinə başsağlığı 15 İyun 2019, 22:20 Türkiyədə tayfa davası: 6 ölü 15 İyun 2019, 22:02 Fuad Abbasovla bağlı Rusiya ombudsmanına müraciət edildi 15 İyun 2019, 21:48 Slovakiyanın ilk qadın prezidenti and içdi 15 İyun 2019, 21:31 Bakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaq 15 İyun 2019, 21:14 Bakı Konqres Mərkəzində məzun gecəsi keçirildi - FOTOLAR 15 İyun 2019, 20:35 Yevlaxda "Jiquli" yük maşını ilə toqquşdu 15 İyun 2019, 20:19 “Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlər dayandırılmayacaq” - Tamar Çuqoşvili 15 İyun 2019, 20:03 Qubanın Töhmər kəndində 20 ildən çoxdur "Son zəng" çalınmır - FOTOLAR 15 İyun 2019, 17:41 İcra başçısı xalçaçılarla görüşdü 15 İyun 2019, 17:08 Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir” 15 İyun 2019, 16:45 Meral Akşener Elçibəyin xanımının vəfatı haqda:Tərifsiz bir üzüntüdür” 15 İyun 2019, 15:59