Modern.az

İldırımlı hava: AZAL-ın təyyarələri geri qayıtdı

İldırımlı hava: AZAL-ın təyyarələri geri qayıtdı

Ölkə

18 İyun 2026, 22:44

Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293 və J2-2257 nömrəli Bakı–Naxçıvan reysləri ləğv olunub.

Bu barədə Modern.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən (AZAL) məlumat verilib.

Bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat təqdim olunacaq. Hava şəraiti sabitləşdikdən sonra isə uçuşlar ştat rejimdə davam etdiriləcək.

Qeyd olunub ki, aviaşirkətdə bütün qərarlar sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun həyata keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV